0
Tuesday 15 January 2019 - 08:40

Yəhudi alimin şübhələri və İmam Əlinin (ə) mübarək izahları

Story Code : 772118
Yəhudi alimin şübhələri və İmam Əlinin (ə) mübarək izahları

(Həvzəh saytına istinadən)
 
Şam əhlindən olan yəhudi Mədinəyə daxil olur. O, Tövratı, İncili, Zəburu və peyğəmbərlərin (ə) səhifələrini oxumuş alim idi. Peyğəmbərin (s) səhabələrinə ki, aralarında Əmirəl-möminin (ə) də vardı, rast gəlir. Onunla İmam Əli (ə) arasında uzun bir müzakirə baş verir. Bu müzakirənin bir hissəsi ilə biz də tanış olaq.
 
Yəhudi üzünü insanlara çevirib dedi: “Ey Muhəmmədin (s) ümməti! Heç bir mürsəl peyğəmbərdə fəzilət görməmiş, onların hamısını öz peyğəmbərinizə (s) nisbət vermisiniz. Mənim suallarıma cavab verməyə hazırsınızmı?”.
Camaat onun bu sözlərindən sükut etdi.
 
İmam Əli (ə) ona tərəf gedib, buyurdu: “Bəli, mən hazıram. Bunu bir daha təkrar edirəm ki, Allah heç bir mürsəl peyğəmbərə o fəzilətləri əta etməmişdir, məgər o halda ki, onların neçə qatını Muhəmmədə (s) əta etmişdir”.
 
Yəhudi dedi: “Siz mənim suallarıma cavab verəcəksiniz?”.
Həzrət Əli (ə) buyurdu: “Bəli. Bu gün sənin üçün Peyğəmbərin (s) fəzilətlərindən danışacağam ki, möminlərin gözlərini aydın edən, şəkk edənlərin gümanlarını aradan aparan olacaqdır. O Həzrət (s) nə zaman öz fəzilətlərini saymaq istəsə idi, buyurardı: “Mən onların heç biri ilə iftixar etmirəm”.
Mən Həzrətin (s) elə fəzilətlərini sayacağam ki, heç bir qalan peyğəmbərin şəxsiyyətinə ziyan vurmayacaqdır. Bunları ancaq Allahın Muhəmmədə (s) bəxş etdiyinin şükrü olaraq zikr edirəm”.
 
Yəhudi alim dedi: “Mən sizə sual verirəm və siz də cavabınızı hazırlayın”.
Həzrət (ə) buyurdu: “Başla”.
 
Yəhudi: “Həzrət Adəmdən (ə) başlayıram. Allah mələkləri ona səcdə etməyə vadar etdi. Muhəmmədin (s) belə bir fəziləti vardırmı?”.
Həzrət Əli (ə) buyurdu: “Elədir. Bunu bil ki, əgər Allah mələkləri Adəmə (ə) səcdə etməyə vadar edibdirsə, bu səcdə Adəmə (ə) itaət etməkləri üçün olan səcdə deyildi. Əslində bu səcdə - bir növ Adəmin (ə) fəzilətini etiraf etmək idi.
Ancaq Muhəmmədə (s) ondan alisi əta olunmuşdur. Allah Öz cəbərutunda bütün mələklərlə birlikdə ona salam göndərmişdir və bütün möminləri ona salavat göndərməyə vəzifələndirmişdir. Bu fəzilət Adəmə (ə) əta olunan fəzilətdən daha üstündür”.
 
Yəhudi: “Adəm (ə) öz xatasından sonra Allaha tövbə etdi və Allah tövbəsini qəbul etdi”.
Həzrət Əli (ə) buyurdu: “Bəli, elədir. Ancaq Həzrət Muhəmməd (s) üçün ondan böyük hadisə baş vermişdir, baxmayaraq ki, hansısa xata işlətməmişdir, Allah Quranda onun haqqında buyurmuşdur: “Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın”. (“Fəth” 2).
Qiyamət günü Həzrət (s) heç bir günaha görə çağırılmayacaqdır”.
 
Yəhudi: “Allah Həzrət İdrisə (ə) uca məqam bəxş etmiş və onu vəfatından sonra behişt nemətləri ilə yedizdirmişdir”.
Həzrət Əli (ə) buyurdu: “Elədir, ancaq Muhəmmədə (s) ondan yaxşısını əta etmişdir.
Allah onun haqqında buyurmuşdur: “Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tövhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan). (“Şərh” 4).
Bu ayə onun uca məqamına kifayət edər. Həzrət İdris (ə) vəfatından sonra behişt nemətlərindən yediyi halda, Həzrət Muhəmməd (s) həyatda olan zaman o nemətlərdən yemişdir.
Bir gün Həzrət (s) çox acır və bu zaman Cəbrayil (ə) behişt neməti olan qab ilə Həzrətin (s) yanına gəlir. Nemətlər olan qab Həzrətin (s) əlində Allahı mədh və təsbih edirdi.
Bu zaman səhabələrdən biri həmin qabı götürmək istəyir. Cəbrayil (ə) irəli gəlir və qabı alır. Peyğəmbərə (s) buyurur: “Bu, behişt nemətidir və Allah sənin üçün göndərmişdir ki, meyil edəsən. Bunu bil ki, onu yemək ancaq nəbi və vəsi üçün caizdir”.
Biz Əhli-Beyt (ə) də Həzrətlə (s) birlikdə ondan meyil etdik və indi onun haqqında danışanda, sanki o ləzzəti hiss edirəm”.
 
Yəhudi: “Həzrət Nuh (ə) Allahın müqəddəs zatı üçün səbir etmiş və öz qövmü tərəfindən inkar olan zaman hövsələ göstərmişdir”.
Həzrət Əli (ə) buyurdu: “Elədir, ancaq Həzrət Muhəmməd (s) də Allah yolunda öz qövmü tərəfindən inkar və tərk ediləndə səbir etmiş və hövsələ göstərmişdir.
Hətta o zaman ki, onu daşla vururdular, öz qövmünü üzrlü hesab edirdi.
Əbu Ləhəb həyasız bir halda, Həzrətin (s) mübarək ayaqlarına zəncir başlamış və dağın başından asmışdı. O zaman ki, Peyğəmbərə (s) öz qövmü tərəfindən belə bir əziyyət çatır, Allah dağ mələyi olan Cabilə vəhy göndərir: “Dağı arala ki, Muhəmmədin (s) əmri altında olasan”.
Cabil Həzrətin (s) yanına gəlir və deyir: “Mən sizin əmriniz altındayam. Əgər əmr etsəniz, dağı bu qövmün başına endirərəm və hamısını həlak edərəm”.
Ancaq Peyğəmbər (s) buyurur: “Mən aləmlər üçün rəhmət olaraq göndərilmişəm. Mənim gecə və gündüz duam budur ki, Allahım, ümmətimi hidayət et! Çünki onlar bilmirlər”.
Vay olsun sənə, ey yəhudi! O zaman ki, Həzrət Nuh (ə) öz qövmünün qərq olmasını görür, ancaq qohumları üçün riqqət edir və deyir: “Övladım – məndəndir”. Allah buyurur: “O, səndən deyildir. Onun əməli saleh deyildir”. Bu sözləri ilə ona təsəlli vermək istəyir.
Ancaq Həzrət Muhəmməd (s) o zaman ki, qövmünün düşmənləri əllərini qılınca atırlar, qohumluq riqqəti ona qələbə çalmır və onlara rəhmət nəzəri ilə baxmır”.
 
Yəhudi: “Nuh (ə) öz qövmünə nifrin edir və səmadan sel axır”.
Həzrət Əli (ə) buyurdu: “Elədir, ancaq o dua – qəzəb üzündən idi. Səma Muhəmməd (s) üçün rəhmətə görə sel endirmişdi. Həzrət (s) Mədinəyə hicrət etdikdən sonra bir dəstə insan cümə günü onun yanına gəlir və deyirlər: “Ey Allahın Rəsulu! Bizə diqqət et, susuzluqdan taqətsizik”.
Həzrət (s) də əlini dua üçün qaldırır və bu, o halda idi ki, göydə bir dənə də olsa, bulud yox idi, Allah onun bu duasını tez qəbul edir. Onları sirab edir. Yağış o qədər güclü idi ki, cavanlar evlərinə qayıtmaq üçün hər nə qədər çalışsalar da, bacarmadılar. Bu yağış yeddi gün davam edir.
Gələn cümə günü insanlar Həzrətin (s) yanına gəlib, yağışın kəsilməsini xahiş etdilər və bu zaman Peyğəmbər (s) gülümsədi və əlini dua üçün qaldırıb, buyurdu: “Allahım! Bu yağışı Mədinənin ətrafında yağdır. Şəhər əhlinin başına tökmə!”.
Bu dua sayəsində Mədinənin ətrafında yağış yağırdı, ancaq Mədinə şəhərində dayanmışdı”.
 
Yəhudi: “Allah Həzrət Huda (ə) düşmənlərinə (qalib gəlmək üçün) nicat verdi və onları küləklə həlak etmişdi. Muhəmmədə (s) bu cür yardım etmişdirmi?”.
İmam Əli (ə) buyurdu: “Elədir, ancaq Həzrət Muhəmmədə (s) ondan daha yaxşısını əta etmişdir. Allah Xəndək günündə döyüş meydanında olan daşları götürüb, düşmənlərə vuran küləklə və həmçinin mələklərin ordusu ilə yardım etmişdir.
Allah Muhəmmədi (s) 8 min mələklə Huddan (ə) fəzilətli edir. Çünki Ad qövmünün küləyi – qəzəb küləyi, Muhəmmədin (s) küləyi – rəhmət küləyi idi.
Allah buyurur: “Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir”. (“Əhzab” 9)”.
 
Yəhudi: “Allah Həzrət Saleh (ə) üçün dəvə çıxardır ki, ümməti üçün ibrət olsun”.
Həzrət Əli (ə) buyurdu: “Elədir, Həzrət Muhəmmədə (s) ondan daha yaxşısını vermişdir. Həzrət Salehin (ə) dəvəsi onunla danışmamışdır və hətta nübuvvətinə belə, şəhadət verməmişdir.
Mən Həzrət Muhəmmədlə (ə) döyüşlərin birində birlikdə idim. Anidən gördüm ki, bir dəvə bizə yaxınlaşır və sonra nərə çəkdi. Allah ona dil verdi və o, dedi: “Ey Allahın Rəsulu! Filankəs məni o qədər işlətmişdir ki, qocalmışam və indi çıxıb getmək istəyirəm. Mən bu məsələdə sənə pənah gətirərəm”.
Peyğəmbər (s) bu sözlərdən sonra onun sahibini axtarır və ondan dəvəni bağışlamasını istəyir.
Dəvənin sahibi də dəvəni Həzrətə (s) bağışlayır. Həzrət (s) də onu azad edir”.
 
Yəhudi: “Allah İbrahimi (ə) ibrətlərlə mərifətə agah etmişdir. Nəticədə dəlilləri Allaha imanın nəticəsi olur”.
Həzrət Əli (ə) buyurdu: “Elədir, Həzrət Muhəmmədə (s) ondan üstününü əta etmişdir.
İbrahim (ə) o zaman 15 yaşında idi və Muhəmmədin (s) yeddi yaşı belə, yox idi. Xristian tacirlər öz malları ilə Səfa və Mərva arasında gedib-gəlirdilər. O xristianlardan biri Həzrəti (s) nişanələr və onun haqqında gələn ayələr vasitəsilə tanıyır və onların hamısı Həzrətə (s) deyirlər: “Oğlum, sənin adın nədir?”.
Buyurur: “Muhəmməd”.
Deyirlər: “Atanın adı nədir?”.
Buyurur: “Abdullah”.
Yerə işarə edib deyirlər ki, bu, nədir? Buyurur: “Yer”.
Səmaya işarə edib, onun nə olduğunu soruşurlar. Buyurur: “Səma”.
Deyirlər: “Bu ikisinin Pərvərdigarı kimdir?”. Buyurur: “Allah”.
Sonra Həzrət (s) onları məzəmmət edib, buyurur: “Məni Allah barəsində şəkkə salmaq istəyirsiniz?”.
Vay olsun sənə, ey yəhudi! O, bütün bu mərifətlərlə Allaha iman bəsləmişdir. Halbuki, bütün qövmü kafir idi. Həzrət (s) ancaq deyərdi: “Lə iləhə illəllah!””.
 
Allah Təala bizləri Həzrət Peyğəmbəri (s) və Əhli-Beyti (ə) dərk edənlərdən qərar versin!
 
Hazırladı: Məşhədi Xanım,
 
Source : Deyerler
Tagged
İmam Əli
Comment