Ərəbistanın şərqində 5 nəfər öldürülüb, həbsə alınanlar var
Story Code : 771001
Səudiyyə Ərəbistanının şərqində, Qətif məntəqəsində hərbçilər şiələrin məskunlaşdığı məhəlləyə daxil olub və əhalini atəşə tutub. Nəticədə 5 gənc şəhadətə çatıb, 2 nəfər həbs olunub. Hadisə yeni milad ilinin əvvəlində, Şeyx Nimrin şəhadət ildönümü günü baş verib. Londonda yaşayan ərəbistanlı siyasi müxalif Fuad İbrahim hadisəyə münasibət bildirib, Xaşoqcinin qətlinə işarə ilə “mişar ordusunun” cinayətlərindən danışıb.