Suriyadan çıxan ABŞ qüvvələri İraq Kürdüstanına gedir
IslamTimes , 3 Jan 2019 00:17
İslamTimes: Bağdad ABŞ qüvvələrini müvəqqəti qəbul edir
İraq Müştərək Əməliyyat Komandanlığının sözçüsü Yəhya Rəsul Suriyadan çıxan ABŞ hərbi qüvvələri haqqında açıqlama verib. Yəhya Rəsul deyib: ABŞ hərbiçiləri Suriyadan çıxıb Ərbildə toplanacaq. İraqın öz ərazisində bu hərbi qüvvəyə ehtiyacı yoxdur. Bu hərbi qüvvə İraq Kürdüstanından ya ABŞ-a, ya da başqa bir yerə yola düşəcək. Hər halda Ərbil müvəqqəti dayanacaqdır. Əl-Ənbarda dayanacaq ABŞ qüvvələri də yola salınacaq.
Story Code: 769907