Qərqaş: Qətərin mühasirəsi 2019-cu ildə davam edəcək!!
IslamTimes , 1 Jan 2019 17:26
İslamTimes: Əmirlik anti-Qətər koalisiyanın adından bəyanat verdi
Birləşmiş Ərəb Əmirliyinin xarici işlər üzrə müşaviri Ənvər Qərqaş 2019-cu ilin ilk günü öz tvitter səhifəsində yazıb: Qətərin mühasirəsi 2019-cu ildə davam edəcək və Duhanın buna qarşı addımları uğursuz olacaq. Mühasirənin aradan qaldırılması Qətərin öz siyasətlərini dəyişməsi ilə bağlıdır.
Artıq bir ildən artıqdır ki, Əmirlik, Misir, Ərəbistan və Bəhreyn Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək blokadaya alıb. Anti-Qətər koalisiyanın tələlərindən biri də Qətərin İranla əlaqələri kəsməsidir. Əl-Cəzirə şəbəkəsinin bağlanması,İxvan və Həmasla əlaqələrin dayandırılması da bu tələblər sırasındadır.
Story Code: 769643