Tunisdə qırmızı jiletlilər adlanan aksiyaların Misir, Əmirlik, Ərəbistan tərəfindən qızışdırıldığı bildirilir. Ölkə daxilində Nida Partiyasının aksiyaları idarə etdiyi söylənilir. Kimlərsə də etiraz aksiyalarını prezidentlə baş nazir arasında qarşıdurmadan qaynaqlandığını düşünür. Qırmızı jiletlilər aksiyasının başçıları mətbuat konfransı keçirərək əmək haqlarının artırılmasını, işsizliyə son qoyulmasını, infilyasiyanın qarşısının alınmasını tələb edib. Bir qrup siyasətçi və media məndubu Əmirlikdən qaynaqlanan aksiyaların Tunisdə demokratiyaya qarşı yönəldiyini iddia edir.