Amerika senatorları Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanı müxalif jurnalist Xaşoqcinin qətlində rəsmən ittiham etdi. Həm demokrat, həm də respublikaçılar vəliəhdin qətldə iştirakını təsdiqləyən qətnamə qəbul edib. Respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) qətnamə barədə deyib: Qətnamədə tam aydın və qəti şəkildə Ərəbistan vəliəhdi müxalif jurnalist Camal Xaşoqcinin qətlində iştirakçı sayılır.
Qətnamə Trampın “ittiham üçün dəlil yoxdur” sözlərinə tam ziddir.