The Guardian yazır ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Argentinada keçiriləcək G20 iclası ərəfəsində həbs olunması mümkündür. Yəmən müharibəsi və Xaşoqcinin qətlindən sonra vəliəhd haqqında ciddi ittihamlar var. Əgər hərbi cinayətlərdə müqəssir ünvanında Bin Salmandan şikayət edilərsə, onun həbsi istisna olunmur. Argentina məhkəməsi bunun baş verməyəcəyini bildirsə də, hüquq müdafiəçilərinin şikayəti əsasında Aİ-də Bin Salmana cinayət işi qaldırılmasını mümkün sayıb.