Maide.Az “tasnimnews”-ə istinadən xəbər verir ki, konfrans, "Qüds,vəhdət mehvəri" başlığı altında keçirilir.
Bu konfransda İslam Məzhəblərini Yaxınlaşdırma Baş Assambleyasının üzvlərilə yanaşı, dünyanın ən azı 100 ölkəsindən 350-ə yaxın din alimi və fikir sahibləri iştirak edir.
Qurani-Kərimin tilavətindən sonra Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki və Həsən Ruhaninin çıxışı ilə başlayan konfrans, alimlərin nitqlərilə davam edib.
Konfransda İslam dünyasında ən önəmli məsələlər haqqında müzakirələr aparılacaq.