QR CodeQR Code

Tramp 2018-ci ilin islamofob adamı seçildi

Deyerler , 13 Nov 2018 02:17

İslamtimes - Britaniya müsəlmanları ABŞ-ın prezidenti Donald Trampı 2018-ci ilin İslamofob adamı seçiblər.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, hər il İslamofobiya sahəsində bəyanatları, kin və nifrət yaradan əməlləri ilə bu fenomenin genişlənməsində ən böyük rolu olan şəxsiyyətləri seçən Britaniya müsəlmanları bu il ABŞ-ın prezidenti Donald Trampı seçiblər.
 
Britaniya İslam İnsan Hüquqları Komissiyasının sədri Məsud Şəcərə noyabrın 11-i məsələ ilə bağlı Londonda keçirilən mərasimdə çıxış edərək belə deyib: “ABŞ-ın prezidenti Donald Trampın zorakılığı və nifrət oyadan sözləri ilə dünyanın ən güclü ölkəsi başa düşülən bir ölkədə prezident seçilməsi böyük bədbəxtlik və dəhşətdir”.
 
Müşahidəçilər Amerikada Donald Trampın prezident seçildiyi gündən etibarən təkcə Amerikada yox, dünya üzrə irqçilik və İslamofobiyanın şiddətləndiyini qeyd edir.
 
Xatırladaq ki, Tramp prezident seçildikdən dərhal sonra, bəzi İslam ölkələrinin vətəndaşlarının Amerika ərazisinə girmələrini qadağan edən bir fərman imzalamışdı.
 


Story Code: 760957

News Link :
https://www.islamtimes.com/az/news/760957/tramp-2018-ci-ilin-islamofob-adamı-seçildi

Islam Times
  https://www.islamtimes.com