Arif Vahidi: İranlı sərhədçilərin oğurlanması ABŞ və İsrailin planıdır
IslamTimes , 6 Nov 2018 11:03
İslamTimes: Çeyşul-Ədl terror qruplaşmasını ABŞ və İsrail təchiz edir
Pakistan Şiə Alimlər Məclisinin baş katibi Arif Vahidi İran sərhədçilərinin oğurlanmasına münasibət bildirib. Əllamə Arif Vahidi deyib: Terror qruplaşmaları, xüsusilə Ceyşul-Ədl qruplaşması Amerika və İsrail tərəfindən dəstəklənir. Düşmənlər İran sərhədçilərini oğurlamaqla İran-Pakistan münasibətlərini pozmaq istəyir. İran və Pakistan rəhbərləri gözəl bilirlər ki, müştərək sərhəddə sabitliyin pozulması öncədən planlaşdırılmış düşmən planıdır.
Yada salaq ki, mehr ayının 24-də sübh vaxtı Pakistanla sərhəddə 14 iranlı sərhədçi oğurlanıb.
Story Code: 759696