1
Sunday 4 November 2018 - 08:49

Dünya İmperializmi ilə Milli Mübarizə Günü

Story Code : 759319
Dünya İmperializmi ilə Milli Mübarizə Günü
Şəmsi 1343-cü il 13 abanda İmam Xomeyni Türkiyəyə sürgün edildi.
Şəmsi 1357-ci il 13 abanda Tehran Universitetində tələbələr qətlə yetirildi.
Şəmsi 1358-ci il 13 abanda Amerikanın Tehrandakı səfirliyi, casus yuvası inqilabçı gənclər tərəfindən ələ keçirildi.
İmam Xomeyni milli kimliyi alçaldan kapitulyasiya layihəsinə etirazdan sonra sürgün edildi. Amerikanın jandarmı adlandırılan şah hökuməti qısa açıqlama verdi ki, İmam Xomeyni milli mənafelərə, milli təhlükəsizliyə qarşı çıxdığı üçün sürgün edilib.
İslam inqilabının  səmərəyə çatdığı günlərdə, 13 abanda şah rejimi Tehran Universitetinin həyətində toplanmış tələbələrə atəş açdı. Bu qanlı hadisə Şərif İmaminin milli barışıq hökuməti adlanan 70 günlük hökumətinin 17 şəhrivərdən sonra ikinci böyük cinayəti idi. 1358-ci ilin 13 abanı isə gerçəkdən Amerikanın İrandakı iqtidarını heçə endirdi. ABŞ səfirliyinin casusluqla məşğul olan diplomatları əsir götürüldü.
 
Source : IslamTimes
Tagged
13 aban