Hindistan arakanlı müsəlmanları deportasiya edir
eastnews , 4 Oct 2018 16:07
İslamtimes - Hindistanda Ali Məhkəmə arakanlı müsəlmanların Myanmaya deportasiya edilmələrinin dayandırılmasını rədd edib.
Bu barədə "HindustanTimes" xəbər verib. Xəbərə görə, Ali Məhkəmə müdafiə vəkili Praşant Bhuşanın Myanmada zülmə məruz qalmaqdan narahat olan 7 arakanlı müsəlmanın Hindistanda qalmasına icazə verilməsi yönündəki tələbini qəbul etməyib.
Hindistana qeyri-qanuni yollarla daxil olmağa görə 2012-ci ildə həbs olunan 7 arakanlı müsəlmanın Ali Məhkəmənin qərarı ilə bir neçə saat içində Manipurdan Myanmaya deportasiya edilmələri gözlənilir.
Story Code: 753922