Ağ Ev Venesuelada dövlət çevrilişini planlaşdırmasını təkzib etmədi
Deyerler , 10 Sep 2018 19:13
İslamtimes - Venesuelanın xarici işlər naziri Xorxe Arreaza ABŞ-ı Venesuelada dövlət çevrilişi planlaşdırmasını etməkdə və hərbi təxribatçıları dəstəkləməkdə ittiham edib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Xorxe Arreaza Nyu York Tayms (NYT) qəzetində gedən və ABŞ rəhbərliyinin Venesuelada ordu daxilində bəzi üsyançı əsgərlərlə gizli çevriliş danışıqları apardığını iddia edən xəbərdən sonra, Twitter-dən belə bəyanat verib: “ABŞ rəhbərliyinin Venesuelaya qarşı müdaxilə planlarını və hərbi təxribatçılara verdiyi dəstəyi açıq bir formada pisləyirik”.
Bu arada, məsələ ilə bağlı AA müxbirinin sualına cavab verən Ağ Evin Milli Təhlükəsizlik Şurasının (NSC) sözçüsü Qarret Markiz isə, həmin çevriliş planı iddialarını birbaşa təkzib etməyib.
Venesuelada demokratiyaya qayıdılması üçün çağırış edən Markiz belə deyib: “ABŞ-ın sülh, nizam içində demokratiyaya qayıtmaq istiqamətindəki siyasəti dəyişməyib. ABŞ Venesuela xalqının “demokratiya” çağırışlarını eşitməyə davam edəcək. Venesuelada pisləşən vəziyyətin tam həlli, ancaq demokratik prinsiplərə uyğun idarəçiliyin, qanunun aliliyinin və əsas hüquq və azadlıqlara hörmətin yenidən bərpa edilməsi ilə mümkündür”.
Story Code: 749244