Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadədən yeni bəyanat
Bəyanat Müsəlman Birliyi Hərəkatının rəsmi səhifəsində yayımlanıb.
Story Code : 744783
Operativ.tv hərəkatın rəsmi səhifəsinə istinadən bəyanatı olduğu kimi təqdim edir:
“Əziz bacı və qardaşlarım!
Azərbaycan hakimiyyəti son vaxtlar vətəndaşına qarşı terror etməkdədir. Düzdür, biz bu terrorla uzun illərdir ki, qarşı-qarşıyayıq. Bütün bu qanunsuz həbslər, insanların şərlənib zindanlara salınması, azadlıq istəyənlərin azadlıqdan məhrum edilməsi, bütün bunlar ölkədə hakimiyyəti zəbt edənlərin vətəndaşa qarşı savaş açmasıdır.
Son vaxtlarda bütün məntiqi kənara qoyaraq birbaşa, vətəndaşa terorçu adı verib öldürməklə məşğuldurlar. Düzdür, bunun ilk işartılarını biz noyabr ayının 26-da Nardaran kəndində öz polisini belə öldürəndə görmüşdük. Bunlardan hər şey gözləyirik. Gəncə hadislərindən sonra istədikləri adamı terrorçu elan edib öldürmək isə, artıq adi hal almağa başlayıb. Qəribəsi də odur ki, öldürdükləri hər kəsi Müsəlman Birliyinin fəal üzvü kimi təqdim edirlər.
Bir neçə gün əvvəl Sumqayıtda öldürlən Muraz Rəhimovun da Müsəlman Birliyi hərəkatının üzvü olduğunu rəsmi şəkildə bəyan ediblər. Onun həbsdə olarkən Hərakata qoşulduğunu, bundan sonra daha da radikallaşdığını bəyan edənlərin ağ yalan danışmasına təəccüblənmirəm, öldürdükləri adamın arxasından yalan danışmasına da heç heyrətlənmirəm. Amma bu nə xəstə təfəkkürdür, terrorçu elan etdiyi hər kəsi Müsəlman Birliyinə bağlmaq cəhdi nədir?
Əlbəttə, bu çirkin niyyətin arxasında nə dayanır, bəllidir. Cəmiyyəti çaşdırmaq, belə bir fikri zehinlərə soxmaq istəyirlərki, axı niyə elə silahlı olduğu deyilən hər kəs Müsəlman Birliyinin üzvü çıxır? Bu sualın cavabı budur, əziz bacı və qardaşlarım.
Bunlar Müsəalman Birliyi Hərakatını Nardaran hadisələri zamanı terrorçuların birliyi elan etdilər. Lakin bu alınmadı və ifşa olundular. Amma hikkələri soyumayıb və yenə də çirkin niyyətlərini həyata keçirmək üçün davam edirlər.
Mən, Tale Bağırzadə bildirirəm ki, Muraz Rəhimov Müsəlman Birliyi Hərəkatının üzvü olmayıb.
Amma onun Birliyinin üzvü olmaması bu şəkildə öldürülməsinə münasibətimi dəyişmir. Çünki biz təkçə Birliyin üzvlərinin haqqını qorumaq üçün deyil, bütün ölkə insanının hüquqlarını qorumaq üçün bu yola çıxmışıq. Bir insanı məhkəmə qarşısına çıxarmağa qorxub ifşa olunacaqlarında ehtiyatlandıqları üçün hakimiyyətin verdiyi gücü vətəndaşa qarşı işlədirlər. Muraz Rəhimovu güya “qanun keşikçiləri” məhv edib. Əgər onlar doğrudan da qanuna keşik çəkənlərdirsə, vətəndaşı öldürməyə ixtiyarları yoxdur. Bu necə olur, rüşvət verib “qanun keçikçisinə dönənlər” bir insan həyatı haqqında qərar verir!?
Mən getdikcə inanmağa başlayıram ki, Gəncə hadisələrində də elə bu hakimiyyətin öz fitnəsi rol oynayıb və indi də qəzəbinə tuş gələni fürsətdən istifadə edib öldürür, bir tərəfdən də şahid buraxmaq istəmir.
Əziz xalqım, siz susduqca, bu cinayətlərə göz yumduqca, hamınız bu terrorun qurbanı ola bilərsiniz. Biz susduqca, zalım da zülmünü artıracaq.
Özünüzü onların insafına təslim etməyin.
O üzdən Uca Allaha xatir, susmayın və bu dünyanın ən dəyərli neməti olan azadlıq üçün səsinizi ucaldın!
Qobustan həbsxanası
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə
14.08.2018”