Maduronu ABŞ öldürmək istədi - Morales
Axar , 5 Aug 2018 18:51
Islamtimes - Boliviya Prezidenti Evo Morales Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsddə ABŞ-ı günahlandırıb.
Axar.az xəbər verir ki, bu barədə prezident özünün Tvitter səhifəsində yazıb.
“Biz Prezident Maduro və bolivar xalqına qarşı edilmiş yeni təcavüz və qorxaq hücumu qızğın müzakirə edirik. Demokratik, iqtisadi, siyasi və hərbi yollarla devirmək cəhdi boşa çıxdıqdan sonra ABŞ imperiyası ona sui-qəsd etdi”, - Morales bildirib.
Morales bu sui-qəsdi insanlığa qarşı cinayət adlandırıb.
Story Code: 742654