0
Wednesday 11 July 2018 - 16:01

Gəncədəki aksiyada polisləri öldürməkdə şübhəli bilinən 2 nəfər axtarılır

Story Code : 737160
Gəncədəki aksiyada polisləri öldürməkdə şübhəli bilinən 2 nəfər axtarılır
Gəncədəki aksiyada polisləri öldürməkdə şübhəli bilinən 2 nəfər axtarılır
Şübhəli şəxslərin fotoşəkilləri yayılıb
Gəncə şəhərində keçirilmiş aksiyada polislərə xəsarət yetirməkdə şübhəli bilinən iki nəfər axtarılır. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir ki, Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov hadisədə şübhəli bilinir və axtarışdadır.
Həmin şəxslərin fotoşəkilləri də yayılıb. Güc strukturları vətəndaşlardan xahiş edir ki, onların yerini bildikdə DİN-in 102 xidmətinə, eləcə də Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 nömrəli telefonlara məlumat versinlər.
İyulun 10-da, axşam 20 radələrində Gəncə şəhərinin mərkəzində aksiya keçirilib. Aksiyaçılarla polislər arasında qarşıdurma olduğu, nəticədə iki polis zabitinin öldürüldüyü deyilir. Aksiyanın hansı məqsədlə keçirildiyi məlum deyil. Yalnız bir neçə gün öncədən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətməkdə təqsirləndirilən Yunis Səfərovu müdafiə məqsədilə aksiya keçiriləcəyi elan edilirdi, ayrı-ayrı vətəndaşlara dindarlar adından aksiyaya çağırış mesajlarının göndərildiyi deyilirdi. Həmin çağırışların təxribat xarakterli olduğu bildirilirdi.
 
Source : Islamazeri
Tagged
gəncə
Comment