İslamtimes - Meydan Tv-nin verdiyi xəbərə əsasən Gəncənin icra başçısı Elmar Vəliyev xəstəxanada ölüb.
Xalqı qorxu içində saxlayan, zalım Elmar Vəliyev güllələndi
Gəncə xalqına amansız zülm edən, İmam Hüseyn düşməni, Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus Səfərovun atəş açdığı məlum olub.
Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.
Oxu.az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.
Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
Ağır yaralanan icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.