Lavrov: “İranın Suriyadan çıxarılmasını gözləmək real deyil”
Deyerler , 4 Jul 2018 22:40
İslamtimes - Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Suriyadan çıxarılmasını gözləməyin düzgün olmadığını deyib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Sergey Lavrov iordaniyalı həmkarı Əymən Safadi ilə keçirdiyi mətbuat konfransında, İranın Suriyadan çıxması ehtimalına dair verilən sualı belə cavablandırıb: “Bunun nəticələri təkcə Suriyaya yox, bütün regiona əks oluna bilər. İranın hər yerdən çıxıb, özünü öz sərhədləri daxilinə həbs etməli olduğunu deyirlər. Belə olsa, hər yerə sülh gələcəkmiş. Bunların heç bir əsasının olmadığını başa düşmək çətin deyil”.
Lavrov İranı da nəzərdə tutaraq belə davam edib: “Bir bölgənin problemlərini həmin bölgənin əsas oyunçuları olmadan həll edə bilməzsiniz.
Qərb mətbuatında İran məsələsinin çox sadələşdirilmiş bir kontekst daxilində, elə də mədəniyyət səviyyəsi yüksək olmayan bir oxucu kütləsi üçün hazırlandığına bənzər bir şəkildə işləndiyini görürük. Hər şey nizama düşəndə İranın çıxması lazımdır deyə düşünürlər”.
Xatırladaq ki, Qərb mətbuatında ABŞ prezidenti Donald Trampın iyulun 16-da Helsinkidə görüşəcəyi rusiyalı həmkarı Vladimir Putindən, İranın Suriyadan tamamilə çıxması üçün kömək istəyəcəyinə dair xəbərlər dərc olunub.
Story Code: 735752