QR CodeQR Code

Ərdəbilin imam cüməsi: Amerika zülm və qarətdan başqa bir şey tanımır

Nur-az.com , 3 Jul 2018 16:14

İslamtimes - Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi Amerika dövlətini sülhün düşməni və insan hüquqlarının ən böyük pozucusu adlandıraraq vurğulayıb ki, Amerika zülm, soyqırım və ölkələri qarət etməkdən başqa heç bir sülhü tanımır.


Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində İnsan Haqları Günü münasibətilə deyib: “12 tir 1367-ci günəş ilində (3 iyul 1988) Amerikanın cinayətkar addım ataraq İranın sərnişin təyyarəsini vurduğu gün Amerika insan haqları günü adlanmışdır.”

Ayətullah Amili bildirib ki, Amerikanın bu cinayətində 275 sərnişin və 15 nəfər ekipaj üzvü şəhid oldu. Onlardan 66 nəfəri uşaq idi. O vaxt Buş təyyarənin vurulması əmrini verən Uss Vincennesin kapitanı Uilyam Rocersin Amerikanın ən böyük iftixar medalı ilə təltif etdi. İndi həmin Amerika bizim xalqımıza ürək yandırır və çox təəccüblüdür ki, İranı insan haqlarını pozmaqda ittiham edir.
Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi Amerikanın Konqres nümayəndələri tərəfindən İrana qarşı plan cızılmasına və İranı insan haqlarını pozmaqda ittiham etmələrinə işarə edərək deyib: “Bu plan İranın insan haqları məsələsində məsuliyyət qəbul etmə qanunu adlanır. Amma ortaya belə bir sual çıxır ki, nə üçün bu məsuliyyət qəbul etmək yalnız İrana aid olur, Amerika və onun müttəfiqləri bütün cinayətləri ilə heç bir məsuliyyət daşımır?”
İmam cümə Amerika və onun müttəfiqlərinin ötən həftə Yəməndə zəiflənmiş uran başlıqlı bombadan istifadə etdilər. Bu bomba çox qorxuludur. Amerika çox asanlıqla minlərlə insan öldürür, bütün beynəlxalq müqavilələri ayaq altına alır, BMT-nin insan haqları şurasından çıxır, BMT-nı aldadır, hərbi müdaxilə edir, qanuni dövlətləri devirir, İŞİD terrorçularını, vəhabi və sələfiləri dəstəkləyir, insanları siniflərə ayırır, dövlət və millətlərə qarşı ikili siyasət aparır, Əbu Qərib və Quantanamo kimi həbs düşərgələri yaradır və s. Bununla belə, İranı şər yuvası adlandırır. Cənab Zərif haqlı olaraq Amerika dövlətinin adını yağı qoymuşdur.
Ayətullah Amili daha sonra deyib: “Amerika bilərəkdən bu işləri edir ki, dünyanın işinin bitdiyini və yer kürəsinin komandanlığının öz əllərində olduğunu, BMT-nin cansız bir oyuncaq kimi Amerikanın maraqlarına xidmət etdiyini çatdırsın.


Story Code: 735432

News Link :
https://www.islamtimes.com/az/news/735432/ərdəbilin-imam-cüməsi-amerika-zülm-və-qarətdan-başqa-bir-şey-tanımır

Islam Times
  https://www.islamtimes.com