QR CodeQR Code

2030-cu ildə Afrikanı böyük bir aclıq gözləyir - XƏBƏRDARLIQ

-- bu sərvətlər lazımi şəkildə dəyərləndirilmir və...

Maide , 3 Jul 2018 15:10

İslamtimes - Kənd təsərrüfatında istehsal artırılmazsa, 2030-cu ildə Afrikanı böyük bir aclıq gözləyir. Bunu Afrika Birliyinin Kənd Təsərrüfatı işlərinə məsul şəxs Jozef Sako deyib.


Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, Moritanyanın paytaxtı Novakşotda keçirilən 31-ci Afrika Birliyi Zirvəsi çərçivəsində təşkil olunan konfransda çıxış edən J.Sako  Afrikanın təbii sərvətlər, heyvan növləri və meşələrin müxtəlifliyi cəhətdən zəngin bir ölkə olduğunu vurğulayıb və qeyd edib ki, bu sərvətlər lazımi şəkildə dəyərləndirilmir və idarəetmədə şəffaflıq yoxdur. 
 
J. Sako, Afrika qitəsində yerləşən ölkələrin kənd təsərrüfatı sektorunda 10 faizdən yuxarı yatırım etmələrinin məcburi olduğuna işarə edib.
 
O, Afrikadakı qeyri-qanuni ovçuluq və ağac kəsimlərinin səbəb olacağı təhlükələrə də diqqət çəkib.
 
Moritanyanın ilk dəfə ev sahibliyi etdiyi 31-ci Afrika Birliyi Zirvəsində 22 ölkə prezident,  Misir, Cəzayir, Somali və Kamerun baş nazir, Fas və Anqola isə xarici işlər naziri səviyyəsində təmsil olunur
 
Afrika Birliyi, 25 may 1963-cü ildə Etiyopyanın paytaxtı Addis Ababada qurulmuşdur.
 
Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində aclıq və doyunca yeməmək ucbatından hər il milyonlarla uşaq tələf olunur. 


Story Code: 735410

News Link :
https://www.islamtimes.com/az/news/735410/2030-cu-ildə-afrikanı-böyük-bir-aclıq-gözləyir-xəbərdarliq

Islam Times
  https://www.islamtimes.com