QR CodeQR Code

İlahiyyatçı Hacı Abgül Süleymanov yeni həbsxanaya köçürüldü

Islamazeri , 3 Jul 2018 17:05

Islamtimes - 2011-ci ildə həbs olan, ilahiyyatçı Hacı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi dəyişdirilib.


2011-ci ildə həbs olan, ilahiyyatçı Hacı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi dəyişdirilib.
Bu haqda İslamazeri.com-a ilahiyyatçının ailəsi  məlumat verib. Məlumata görə, onun barəsində verilmiş ciddi rejimli cəzanın vaxtı bitib və o gücləndirilmiş ümumi rejimli 2 saylı Cəza Çəkmə Müəssisəsinə göndərilib. 
"Hazırda Hacı, 2 saylı CÇM-nin karantinindədir. Ehtimala görə, yaxın vaxtda onu "zon"a buraxacaqlar. Adətən bir gün və ya bir həftə ərzində dustaq karantində saxlanılır. Əlbəttə uzun müddətli karantin rejimi  yeni dustaqlara, CÇM qaydaları bilməyən və yeni dustaqlar üçün karantin rejimi tətbiq edilir. Hacı isə artıq avqust ayında həbsinin müddəti 7 ilə çatacaq. Yəni yeni dustaq məsələsindən söhbət gedə bilməz. Ümidvarıq bu isti günlərdə o karantindən CÇM-nin ümumi şəraitinə tez bir zamanda köçürülməsi təmin olunacaq.", -deyə ilahiyyatçının ailəsindən bildiriblər.
Qeyd edək ki, Abgül Süleymanov bir ildən çox MTN təcridxanasında saxlanıldıqdan sonra, Kürdəxanı - Bakı İstintaq Təcridxanasına köçürülmüş, sonra 13 saylı Qaradağ CÇM-nə göndərilmişdi. Oradan ilahiyyatçı Qobustanda 7 saylı qapalı xüsusi rejimli həbsxanaya, daha sonra isə 11 saylı ciddi rejimli CÇM-nə köçürülmüşdü. Qeyd edilən həbsxanalarda olduğu vaxt arasında ruhani, iki dəfə həbsxanaların ümumi xəstəxanasında da bir neçə ay müalicə alıb. Hazırki 2 saylı CÇM isə gücləndirilmiş rejimli həbsxanadır və Binə qəsəbəsində yerləşir.
 


Story Code: 735409

News Link :
https://www.islamtimes.com/az/news/735409/ilahiyyatçı-hacı-abgül-süleymanov-yeni-həbsxanaya-köçürüldü

Islam Times
  https://www.islamtimes.com