Livanın “ərəbistanlı” baş naziri!
Islamtimes , 15 Jun 2018 16:20
İslamtimes - Livanın baş naziri Həriri Vas xəbər agentliyi ilə söhbətdə Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanı ağız dolusu tərifləyib.
Fitr bayramı günü Məkkədə olan Livanın baş naziri Səd Həriri bayram namazını Səudiyyə Ərəbistanının padşahı ilə qılıb. Livanlı yetkili Məscidül-Həramda bayram namazına qatılıb.
Ənnəşrə vebbloqu yazır ki, Məscidül-Həramdakı namazda Səudiyyə Ərəbistanı hakimiyyətinin əksər vəzifəliləri iştirak edib. Livanın baş naziri Həriri Vas xəbər agentliyi ilə söhbətdə Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanı ağız dolusu tərifləyib.
Yada salaq ki, yeni kabinet təşkil etməli olan Səd Həriri ötən 23 gündə bu tapşırığı yerinə yetirə bilməyib. Bunun bir səbəbi də vaxtını Ərəbistan başçıları kənarında keçirməsidir.
Story Code: 732324