"Bu gün İslam dünyasının ən önəmli ehtiyacı vəhdət və elmi inkişafdır."
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün "İslam elmlərinin yayılmasında Əhli-beyt məktəbinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları ilə görüşdə deyib. Tehranda İmam Xomeyni (rə) adına hüseyniyyədə baş tutan görüşdə Ayətullah Xamenei bildirib ki, bu gün İslam dünyasında ciddi oyanış yaranıb. Qərb ölkələri təkzib etsələr də, İslama meyliliyin artması ciddi şəkildə özünü büruzə verib. Bu isə parlaq gələcəyin müjdəçisidir.
Ayətullah Xamenei konfrans təşkilatçılarına xüsusiilə Ayətullah Məkarim Şiraziəyə öz təşəkkürünü bildirib. “Bu gün İslami firqə və qrupların bir-birindən daha çox tanınması üçün atılan hər bir addım yaxşı işdir. Bu konfras İslam ümmətinin birləşməsi istiqamətində atılan addımların ən bariz nümunəsidir”.
Ayətullah Xamenei düşmənlərin uzun zamandır ki, müsəlmanları bir-birinə qarşı qoymaq üçün çalışdığını vurğulayıb."Bu gün müsəlmanların bir-birinin güclərini tanımalı və ortaq nöqtədə birləşdirməlidir. Bu məqsədilə görülən hər bir əməl İslam ümmətinin vəhdətinə yardım edəcək.
İslam firqələri arasında hər hansı bir gərginliyin yaradılmasının qarşısının alınması üçün ehtiyatlı davranmağın zəruriliyini vurğulayan Ayətullah Xamenei bildirib ki, bu gün müsəlmanların ehtiyacı olduğu ənönəmli məsələlərdən biri də elmin inkişafıdır. Bu sahədə ciddi işlər görülməlidir. Çünki İslam dünyasının hegemonların dominanta çevrilməsi və təsirlənməsinin əsas səbəbi elmi inkişafdan geri qalmasıdır.
Ayətullah Xamenei bildirib ki, Qərb bir neçə əsr elmi inkişafdan geridə qaldı, sonra İslam dünyasının elmi nailiyyətlərdən istifadə edərək sərvət topladı, elmi, hərbi, siyasi və təbliğat gücünü artırdı. Nəticədə müstəmləkəçilik siyasətini yeritməklə İslam ölkələrinin durumunu indiki vəziyyətə çatdırdı.
Ayətullah Xamenei bildirib ki, Qərb dünyası İslam ölkələrində zorakılıqlar törədir və bir çox region dövlətləri də onlara dəstək verir və beynəlxalq hegemonların davamçısıdır. "Bu vəziyyəti müsəlmanların xeyrinə dəyişmək və İslam dünyasını sivilizasiyasının ən uca zirvəsinə qaldırmaq üçün elmin inkişaf etdirilməsi zəruridir. Müsəlman ölkələrin borcudur ki, elmi inkişaf istiqamətində hərəkət etsinlər. İslam dünyasının elitası, elmi inkişaf etdirilməsi və ən uca zirvəyə çatdırılması üçün ümumxalq istəyin yaranması və düşüncələrin səfərbər olunması istiqamətində işlər görməlidir".
İran İslam Respublikasının elmi inkişaf yolunda gördüyü işlərdən danışan Ayətullah Xamenei bildirib ki, beynəlxalq elmi mərkəzlərin statistikasına əsasən, son illərdə İranın elmi inkişafının sürəti dünya ilə müqayisədə orta hesabla 13 dəfə çox təşkil edib. “Biz bu yolu elmin ən uca zirvəsinə kimi davam etdirəcəyik. İran qərb ölkələrinin əksinə olaraq, bu nailiyyətlərini digər İslam ölkələri ilə də bölüşməyə hazırdır”.
Ayətullah Xamenei İslam və dünyəvi elmlərin inkişaf etdirilməsinin zərurətindən danışıb və bildirb ki, İslamın insanların gündəlik həyatında “yeni söz” deyə biləcəyi sahə fiqh məsələləridir. Bu sahədə işlər daha ciddi və çox görülməlidir. Fəlsəfə və rasional elmlər sahəsində inkişaf sürəti artırılmalıdır”.
Dünyada İslama meylin və İslam dünyasında oyanışın artdığını vurğulayan Ayətullah Xamenei bildirib ki, bu gün dünyada gəncləri bir çox suallar maraqlandırır ki, onlar İslam çərçivəsində həmin suallara cavab tapmaq istəyir. Ona görə İslam dünyasında elmi inkişaf sürətləndirilməlidir və elmin ən uca zirəvisinə çatmalıdır.