0
Friday 11 May 2018 - 23:38

İndoneziyada minlərlə insan Qüds və Fələstinə dəstək olaraq küçələrə çıxdı

Story Code : 723931
İndoneziyada minlərlə insan Qüds və Fələstinə dəstək olaraq küçələrə çıxdı
Deyerler.org xəbər verir ki, böyük yürüş paytaxt Cakartanın məscidlərindən birində başlayıb və on minlərlə insan mitinqdə iştirak edib.
 
Yürüş İndoneziyadakı alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Beynəlxalq Müsəlman Alimlər Birliyinin Qüds Komissiyasının sədri Şeyx Əhməd Əl-Umarinin rəhbərliyi altında keçirilib.
 
Mitinq iştirakçıları Qüdsün müsəlmanların ikinci qibləsi olduğunu və əbədi olaraq Fələstinin paytaxtı kimi qalacağını bildiriblər.
 
Digər tərəfdən, İordaniya və Türkiyədə bu gün cümə namazından sonra bir çox şəhərdə “Böyük qayıdış yürüşü”nə dəstək və Qüdsə sahib çıxmaq üçün mitinq və yürüşlərin keçiriləcəyi qeyd olunub.
 
Source : Deyerler
Tagged
indoniziya
Comment