0
Thursday 10 May 2018 - 15:30

İsveçli qadın futbolçu müsəlmanlığı qəbul etdi - Təzyiqlərə məruz qaldı

Story Code : 723689
İsveçli qadın futbolçu müsəlmanlığı qəbul etdi - Təzyiqlərə məruz qaldı
İsveçin U19 qadın milli komandasının qapıçısı Ronya Anderssonun müsəlmanlığı qəbul etməsi bütün diqqətləri ona yönəldib.
 
Maide.Az NTV-yə istinadən xəbər verir ki, o, başda ailəsi olmaqla ətrafındakıların təzyiqi ilə qarşılaşdığını söyləyib:
 
“Mənə önyarqılı davrandılar. Nifrət tərkibli sözlər istifadə etdilər. Amma mən müsəlman olduğum üçün qürur duyuram”.
 
R.Andersson sözlərinə əlavə edib ki, İslamı seçdikdən sonra gözəl bir dinə keçdiyini hiss edib:
 
““Qurani Kərim”də yazılanların hamısına inanıram. Allahı tanıdım və mənə kömək etdiyini hiss etdim. İslam dinində olan qaydalara riayət etməyə çalışıram”.
 
Qadın futbolçu Ramazan ayında orcu tutacağını da bildirib. 
Source : Maide
Comment