Çin ABŞ məhsullarına tarif tətbiq edib
4 Feb 2025 13:30
IslamTimes - Çin ABŞ tarifinin qüvvəyə minməsindən qısa müddət sonra ABŞ məhsullarına 10%-dən 15%-ə qədər tariflər elan edib.
APA xəbər verir ki, bu barədə Çin Hökuməti bildirib.
Məlumata görə, fevralın 10-dan etibarən Çin kömür və mayeləşdirilmiş təbii qaza 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tarif tətbiq edəcək.
Çinin tarif qərarı ABŞ tarifinin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra gəlib.
Story Code: 1188540