QR CodeQR Code

Puşkov: Avropa “vəhşiləşib”, sonu yaxşı olmayacaq

4 Feb 2025 01:31

IslamTimes - Avropa öz gücünü həddindən artıq qiymətləndirir və çılğınlaşıb


Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov öz Telegram kanalında yazıb.

"Macarıstanın baş naziri Viktor Orban düz deyir, Brüsseldə tam dəlilik hökm sürür", Puşkov əlavə edib.

Rusiyalı siyasətçinin sözlərinə görə, Aİ liderlərinin bəyanatları belə qənaətə gəlməyə imkan verir ki, Avropa ölkələri ABŞ-la ticarət qarşıdurması və Rusiyadan enerji təchizatına qarşı müharibə fonunda Kiyevə maliyyə və hərbi dəstək verməyə davam edəcəklər: "Üstəlik Brüssel Pekindən Moskvaya dəstəyi dayandırmağı və Rusiyaya qarşı çıxmaq üçün iqtisadiyyatı müharibə vəziyyətinə gətirməyi tələb edəcək. Bir sözlə, bütün bunlar birlikdə "vəhşiləşmək” adlanır. Və bunun sonu Avropa üçün yaxşı olmayacaq".


Story Code: 1188451

News Link :
https://www.islamtimes.com/az/news/1188451/puşkov-avropa-vəhşiləşib-sonu-yaxşı-olmayacaq

Islam Times
  https://www.islamtimes.com