Azərbaycan mediası Bakının "Maştağa" kəndində daha bir dindarın həbs edildiyini xəbər verib
SaharTV , 3 Feb 2025 14:39
İslamtimes - Azərbaycan Respublikasında mövcud anti-İran siyasəti çərçivəsində dindar vətəndaşların həbsi davam edir.
Bakı hökumətinin anti-İran təbliğatı üçün yaratdığı "Moizə" Telegram kanalı xəbər verib ki: "İran molla rejimini təbliğ edənlərə qarşı Azərbaycanda tədbirlər davam edir. Polis tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində Maştağa sakini Elvin Zeynalov həbs edilib."Azərbaycan dindarlarının dediyinə görə, Elvin Zeynalov son illərdə Bakı hökuməti tərəfindən yalnız dini vəzifələrini yerinə yetirdikləri və İrana olan məhəbbətləri üzündən həbs edilən dindarların ailələrinə maddi yardım edirdi.
Story Code: 1188361