Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib
3 Feb 2025 02:01
IslamTimes - İran Prezidenti Məsud Pezeşkian Tehranda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb.
Görüşdə H.Hacıyev prezident İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran prezidentinə çatdırıb.
Story Code: 1188254