İranla əlaqələrimiz yüksək səviyyədədir - Hacıyev
29 Jan 2025 17:05
IslamTimes - Azərbaycanla İran qonşu dövlətlərdir. Ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olması vacibdir.
Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəzi şəxslərin iki ölkənin münasibətini pozmağa cəhd etməsinə fikir bildirərkən deyib.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir.
“Bütün məsələlər iki ölkənin aidiyyəti strukturları tərəfindən dialoq və əməkdaşlıq şəraitində müzakirə olunur. İctimai, media müstəvisində müxtəlif fikir ayrılıqları, yaxud bu prosesə təsir etməyə cəhd göstərən qüvvələr olur. Amma hesab edirik ki, burda ən vacib məqam iki ölkənin aidiyyəti strukturları arasında, dövlət səviyyəsində aparılan siyasi məsləhətləşmələrdir”, - Hikmət Hacıyev vurğulayıb.
Story Code: 1187398