QR CodeQR Code

Tramp ABŞ-nin yenidən Paris İqlim Sazişindən çıxması haqqında fərman imzalayıb

21 Jan 2025 17:23

IslamTimes - ABŞ Prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb.


Bu barədə “Report” ABŞ mətbuatına istinadən xəbər verir.

Dövlət başçısı bunu Vaşinqtondakı “Capital One” İdman-Konsert Kompleksində tərəfdarlarının iştirakı ilə edib.

Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.

Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb, sənədə 195 ölkə imza atıb. Şərtlərə əsasən, iştirakçı ölkələr qlobal iqtisadiyyatın sənaye öncəsi inkişaf mərhələsi ilə müqayisədə orta illik temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon dioksid emissiyalarını könüllü azaltmağa söz veriblər.


Story Code: 1185735

News Link :
https://www.islamtimes.com/az/news/1185735/tramp-abş-nin-yenidən-paris-iqlim-sazişindən-çıxması-haqqında-fərman-imzalayıb

Islam Times
  https://www.islamtimes.com