Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Onunla yanaşı, hökumətin tərkibində olan Otzma Yehudi partiyasının tərəfdarları da istefa veriblər.
“Bu sövdələşmə İD-ni müharibənin çətin qazanclarından məhrum edir, qoşunların Qəzzadan çıxarılmasını və hərbi əməliyyatların dayandırılmasını tələb edir, bu isə HƏMAS-a təslim olmaq deməkdir”, – siyasətçi öz qərarını izah edib.
O, həmçinin girovların azad edilməsi müqabilində fələstinli məhbusların azad edilməsini ehtiyatsızlıq adlandırıb.
Ben-Qvirin istefası HƏMAS ilə atəşkəs razılaşmasının başlanmasına işarə edən İsrail girovlarının azad edilməli olan siyahısını vasitəçilərə təhvil verməsindən dərhal sonra baş verib.