Şəhid Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı
19 Jan 2025 09:35
IslamTimes - İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib.
Bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi bəyanat yayıb.
“Mərhum Prezident şəhid İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına yalnız mürəkkəb hava şəraiti və regionun coğrafi şəraiti səbəb olub. Heç bir sübut texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış və ya elektron müdaxilə kimi müxtəlif fərziyyələri dəstəkləmir", - bəyanatda deyilir.
Xatırladaq ki, ötən ilin mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin Şərqi Azərbaycan vilayətində qəzaya uğraması nəticəsində 8 nəfər şəhid olub. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ali-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Story Code: 1185218