İstanbulda 10-dan çox insan saxta spirtli içkidən öldü
15 Jan 2025 11:49
IslamTimes - İstanbulda bir gündə 11 nəfər saxta spirtli içkidən zəhərləndi.
Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, 26-sı xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 38 nəfər saxta spirtli içki qəbul etdikdən sonra şəhərin müxtəlif xəstəxanalarına şikayətlə müraciət edib.
"24 saat ərzində xəstəxanaya yerləşdirilən 38 nəfərdən 11-i dünyasını dəyişib", - məlumatda deyilir.
Story Code: 1184455