QR CodeQR Code

NATO Baş katibi: Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil

13 Jan 2025 19:51

IslamTimes - Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil.


"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində çıxışı zamanı deyib.

“Hazırda Ukrayna güc mövqeyindən danışıqlar apara bilməz", - o bildirib.

O, həmçinin söyləyib ki, NATO-ya üzv ölkələr müdafiəyə Ümumi Daxili Məhsulun (ÜDM) əvvəllər razılaşdırılmış 2 %-dən xeyli çox xərcləməlidir:

"Düzünü desəm, ÜDM-in 2 %-i kifayət deyil. Növbəti illərdə təhlükəsiz qalmaq üçün müttəfiqlər əhəmiyyətli dərəcədə 2 %-dən çox vəsait xərcləməlidirlər. Güclü müdafiə bizim üçün əsas prioritetdir. Bu, daha çox xərcləmək və istehsal etmək deməkdir. Həm də müharibəni qızışdırmaq yox, onun qarşısını almaq üçündür".


Story Code: 1184171

News Link :
https://www.islamtimes.com/az/news/1184171/nato-baş-katibi-ukrayna-rusiya-ilə-danışıqlar-aparmaq-iqtidarında-deyil

Islam Times
  https://www.islamtimes.com