QR CodeQR Code

BMT: Qəzzada məktəblərin 88 %-i hücumlar nəticəsində dağıdılıb və ya zədələnib

12 Jan 2025 17:01

IslamTimes - Qəzza zolağında məktəb binalarının azı 88 %-i cinayətkar İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.


"Report" xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında işğalçı İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88 %) dağıdılıb və ya ciddi şəkildə zədələnib. Eyni zamanda, Fələstin anklavında binaların təxminən 69 %-i dağıdılıb və ya zədələnib.

HMƏİ daha əvvəl bildirmişdi ki, BMT 2024-cü il oktyabrın 6-dan dekabrın 15-dək işğalçı İsrailin Qəzzada məktəblərə 95 hücumunu sənədləşdirib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilər üçün sığınacaq kimi xidmət edirdi.


Story Code: 1183937

News Link :
https://www.islamtimes.com/az/news/1183937/bmt-qəzzada-məktəblərin-88-i-hücumlar-nəticəsində-dağıdılıb-və-ya-zədələnib

Islam Times
  https://www.islamtimes.com