QR CodeQR Code

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

12 Jan 2025 16:43

IslamTimes - Bu barədə "Facebook" sosial şəbəkəsi və "WhatsApp" mesencerinin sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zukerberq Co Roqanın podkastında deyib.


Söhbət zamanı Roqan bir şirkətdən asılı olmaq istəmədiyi üçün "iPhone"dan "Android"ə keçdiyini söyləyib.

Zukerberq "Apple"ın qaydalarının digər istehsalçılar üçün maneələr yaratdığı ilə razılaşıb. O qeyd edib ki, qapalı ekosistem xüsusilə "AirPods" kimi məhsullarda rəqabəti məhdudlaşdırır və istifadəçiləri daha da yaxşı cihazlardan məhrum edir.

O, həmçinin "Apple"ın öz ekosistemi ilə bağlı siyasətini tənqid edib.

Podkast zamanı Zukerberq sosial şəbəkələrə senzura tətbiq edən, hətta memlərin silinməsini tələb edən Bayden administrasiyasının hərəkətlərindən narazılığını bildirib və kəşfiyyat orqanlarının "WhatsApp" istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib. /Oxu.Az/

 


Story Code: 1183936

News Link :
https://www.islamtimes.com/az/news/1183936/zukerberq-etiraf-etdi-kəşfiyyat-orqanları-whatsapp-mesajlarını-izləyir

Islam Times
  https://www.islamtimes.com