Dəməşq və Beyrut suriyalı məhbuslar barədə razılığa gəliblər
11 Jan 2025 23:00
IslamTimes - Dəməşq və Beyrut suriyalı məhbusları Livan həbsxanalarından geri qaytarmaq barədə razılığa gəliblər
Dəməşq və Beyrut Livan həbsxanalarında saxlanılan suriyalı məhbusların vətənlərinə qaytarılması ilə bağlı razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar Livanın baş naziri Nəcib Mikati və Livanın xarici işlər naziri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.
Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə birgə komitələr yaratmaq barədə razılığa gəliblər.
Story Code: 1183813