İndoneziya da BRİKS-ə üzv oldu
7 Jan 2025 18:59
IslamTimes - BRİKS ölkələri İndoneziyanın 2023-cü ildə Yohannesburq sammitində ilkin olaraq genişlənmə çərçivəsində konsensus əsasında daxil olmasını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə cari ildən assosiasiyaya sədrliyi üzərinə götürən Braziliya hökuməti məlumat yayıb.
BRİKS ölkələri İndoneziyanın 2023-cü ildə Yohannesburq sammitində ilkin olaraq genişlənmə çərçivəsində konsensus əsasında daxil olmasını təsdiqləyib.
Dünyanın əhalisinə görə dördüncü ölkəsinin müraciəti 2023-cü ildə təsdiqləndi, lakin Cakarta 2024-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərindən sonra prosesi başa çatdıracağını açıqlayıb.
Story Code: 1182974