NYT: Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinin sistemlərinə hücum edib
31 Dec 2024 12:33
IslamTimes - ABŞ Maliyyə Nazirliyi Çinlə əlaqəli hakerlərin nazirliyin elektron sistemlərinə kiberhücum etdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “The New York Times“ nazirliyin Konqresə göndərdiyi məktuba istinadən yazıb.
Məktubda bildirilir ki, Xəzinədarlıq Departamentinin proqram təminatı üzrə podratçılarından biri olan “BeyondTrust” departamentə məlumat verib ki, haker uzaqdan xəzinədarlığın müəyyən əməliyyat sistemlərinə və orada saxlanılan sənədlərə daxil olmağa imkan verən təhlükəsizlik açarı əldə edib.
Hadisədən sonra təsirə məruz qalan elektron sistem şəbəkədən ayrılıb. Nazirlik hadisənin araşdırılmasında FTB ilə əməkdaşlıq edir.
Story Code: 1181605