QR CodeQR Code

"Gürcüstan Rusiyaya qarşı mübarizədə alət olmaq istəmir" - Zatulin

29 Dec 2024 23:20

IslamTimes - Gürcüstan hakimiyyəti ölkəni yenidən riskə atmaq və Rusiya tərəfinə qarşı mübarizədə yanlış əllərdə alətə çevirmək istəmədi.


Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin deyib .

Onun sözlərinə görə, Gürcüstanın praqmatik rəhbərliyi, Zelenskidən fərqli olaraq, yanlış əllərdə alətə çevrilmək və Rusiyaya qarşı mübarizədə Gürcüstanı yenidən riskə atmaq istəmədi.

Zatulin bildirib ki, yeni prezidentin vəzifəsi ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması olacaq . O əlavə edib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanıması gürcü siyasətçiləri üçün qırmızı xətdir.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin 2022-ci ildə Rusiyaya qarşı “ikinci cəbhə” olmaqdan imtina etməsindən sonra problemlər yaşadığını bildirib.


Story Code: 1181281

News Link :
https://www.islamtimes.com/az/news/1181281/gürcüstan-rusiyaya-qarşı-mübarizədə-alət-olmaq-istəmir-zatulin

Islam Times
  https://www.islamtimes.com