Təhriruş-Şam başçısı hakimiyyəti əlində saxlamaq istəyir
29 Dec 2024 22:00
IslamTimes - Təhriruş-Şam qruplaşması başçısı Suriyada yeni seçkilərin təşkilinin 4 il ərzində baş tuta biləcəyini bildirib.
Bunu Suriyanın yeni hökumətinin başçısı Əhməd əş-Şara (Colani) deyib.
O, həmçinin qeyd edib ki, Suriyanın yeni konstitusiyanın hazırlanması da 3 il vaxt apara bilər.
Qeyd edək ki, dekabrın 8-də Bəşər Əsədin Suriyadan qaçması ilə Colaninin rəhbərlik etdiyi “Təhrir əş-Şam” qruplaşması hakimiyyətə nəzarəti ələ keçirib.
Story Code: 1181268