Təhriruş-Şam rəhbəri Rusiya ilə münasibətlərin pozulmasını istəmir
29 Dec 2024 18:04
IslamTimes - Rusiyanın belə getməsini istəmirik - Colani
Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın iki ölkə arasındakı münasibətlərə ziyan vuraraq respublikanı tərk etməsini istəmir.
Axar.az xəbər verir ki, bunu Suriyada hakimiyyəti ələ keçirmiş Əhməd əş-Şara (Colani) deyib.
“Suriyanın Rusiya ilə strateji maraqları var. Biz Rusiyanın Suriya ilə münasibətlərinə uyğun gəlməyən bir şəkildə getməsini istəmirik”, - Əş-Şara bildirib.
Qeyd edək ki, Rusiyanın Suriyadakı iki mühüm hərbi bazasının taleyinə hələ də aydınlıq gətirilməyib.
Story Code: 1181245