Cənubi Koreyada 7 günlük matəm elan edildi
29 Dec 2024 16:56
IslamTimes - Koreya Respublikası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş nazirin müavini Çxve San Mok Muanda baş verən təyyarə qəzası ilə əlaqədar 7 günlük milli matəm elan edib.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Matəm bu gündən başlayaraq şənbə günü gecəyarısına qədər davam edəcək.
"Çxve San Mok bazar günü ən azı 177 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar milli matəm elan edib. İki nəfər hələ də itkin düşmüş hesab olunur", - onun dəftərxanasından bildirib.
Story Code: 1181241