Lavrov misirli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə etdi
22 Dec 2024 21:00
IslamTimes - Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Bədr Abdel Ati ilə Suriyadakı vəziyyəti müzakirə edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı zamanı xarici işlər nazirləri Suriyada davam edən hadisələr və Yaxın Şərq problemləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər BMT-nin Suriyada sabitləşmə prosesindəki fəal rolunu dəstəkləyiblər.
Story Code: 1179847