İslamtimes -İlahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi baş tutub. Dekabrın 20-də Moskvada keçirilən məhkəmə iclası Azərbaycan hakimiyyətinin şikayəti əsasında gerçəkləşib.
Azərbaycanda dini ayrı-seçkilik yayma, ixtişaş və qarşıdurmaya təhrik etmə kimi cinayətdə ittiham olunur. Noyabrın 17-də ilahiyyatçı barəsində Rusiya məhkəməsi "cinayət əməlini" araşdırmaq üçün ittihamçı tərəfə (Azərbaycana) konkret dəlillər təqdim etməsi üçün 40 gün vaxt vermişdi.
Bu gün müddət bitərək məhkəmə keçirilib. Rusiyanın Ali orqanı Hacı Zülfüqar Mikayılzadə barədə təqdim edilən sübutları yetərli saymayıb. İddiaçı tərəf isə növbəti sübutlarla bağlı məhkəmədən vaxt istəyib. Məhkəmə iclasın vaxtını 15 may 2025-ci il tarixinə qədər ertələyib. Bu müddətə qədər Azərbaycan tərəfi əsaslı sübutları məhkəməyə təqdim etməlidir, əks halda ilahiyyatçı sərbəst buraxılacaq. Z. Mikayılzadə qeyd edilən vaxta qədər həbsdə saxlanılacaq.
Xatırladaq ki, Quran hafizi Hacı Zülfüqar Mikayılzadə noyabrın 15-də Rusiya Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı.