İranın Suriyadakı səfirliyinin əməkdaşı şəhid edilib
SaharTV , 22 Dec 2024 09:14
Islamtimes - İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfin maşınına açılan atəş nəticəsində həlak olub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai deyib:
"Səfirliyin əməkdaşı Seyid Davud Bitərəf 15 dekabr bazar günü günortadan əvvəl Dəməşqdə terrorçu ünsürlərin avtomobilinə atəş açması nəticəsində şəhid olub"
İran Xarici İşlər Nazirliyinin sözçüsü Telegram kanalında verilən məlumata görə son günlərdə axtarışlar nəticəsində şəhid Bitəfin kimliyi aşkar edilərək nəşi ölkəyə təhvil verilib.
Bəqai İranın Suriya keçid hökumətinin bu cinayəti törədənləri müəyyənləşdirməsi, mühakimə etmək və cəzalandırmaq üçün məsuliyyət daşıdığını vurğulayıb
" Xarici İşlər Nazirliyi məsələni lazımi qaydada və müxtəlif diplomatik və beynəlxalq kanallar vasitəsilə izləyir"- deyə Bəqai əlavə edib
Story Code: 1179740