"Zelenski bunun üçün mənə 500 milyon təklif etdi" - Slovakiyanın baş naziri
21 Dec 2024 15:18
IslamTimes - Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə danışıqlar zamanı Slovakiyanın baş naziri Robert Fitsoya Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına dəstək verməsi üçün Rusiya aktivlərindən 500 milyon avro təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazir məlumat verib.
Fitso bildirib ki, o, Zelenskinin təklifindən imtina edib və Ukraynanın NATO-ya dəvətini qeyri-real adlandırıb.
Story Code: 1179593