Trampın planı təşviş yaratdı - 11 milyon insan hədəfdə...
18 Dec 2024 14:55
IslamTimes - ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deportasiya siyasətinin ilk mərhələsində bir milyon miqrantı deportasiya etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadla yazıb.
Nəşrin məlumatına görə, Tramp artıq Meksika və Salvadorun hakimiyyət orqanları ilə miqrant problemini müzakirə edib. Tramp öz planına əsasən deportasiya edilməli olan milyonlarla sənədsiz miqrantdan bəzilərini qəbul etmək üçün qapalı kanallar vasitəsilə Meksika və El Salvadorla təmasa keçib.
“Danışıqlar Trampın deportasiya siyasətində üzləşdiyi problemi həll etmək məqsədi daşıyıb. ABŞ-dakı təxminən 11 milyon qeyri-qanuni miqrantın çoxunu deportasiya etmək üçün o, digər ölkələrin onları qəbul etməsinə ehtiyac duyur”, - məlumatda deyilir.
Qeyd edilib ki, Tramp ölkədə qalmağa heç bir səbəbi olmayan 1 milyon insandan başlayacaq.
ABŞ-ın yeni liderinin planı ölkədə müzakirələrə səbəb olub.
Story Code: 1179040