Feminist şüarların arxasında siyasi hədəflər gizlənib
SaharTV , 18 Dec 2024 15:29
İslamtimes - İslam İnqilabının Böyük Rəhbəri ailədə qadın və kişi hüquqlarını eyni adlandırıb və belə söyləyiblər: Qadın hüquqları, qadın azadlığı və feminist şüarların arxasında insanlığa zidd və siyasi hədəflər gizlənib.
İslam İnqilabının Böyük Rəhbəri bu gün minlərlə qadın və qızla görüşdə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nı yaranışın möcülərindən adlandırıb və vurğulayıblar ki: İslamda qadın və kişi bir-birilərini tamamlayırlar və pak həyata, həmçinin beynəlxalq məsələlər, iqtisadi fəaliyyət, ictimai-siyasi təsirgöstərmə, incəsənət, mədəniyyət və elm sahələrində fikri və ruhi bacarıqlara çatmaq üzrə səydə onlar bir-birilərindən əsla fərqlənmirlər.
Dünyada qadın məsələsi barədəki müxtəlif baxışlara işarə edən Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Dünyada təsirli medialara malik olan sərmayə sahibləri və onlardan asılı siyasətçilər sədaqətsizlik və yalançılıqla/ humanitar və fəlsəfi nəzəriyyənin zahiri çətiri altında qanunsuz mənafelər əldə etmək üçün öz cinayətkarcasına və pozğunluqtörədici məqsədlərini gizlədirlər.
İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının yekun hissəsində region məsələlərinə toxunub və belə qeyd ediblər: Suriyada edilmiş hərəkətlə, sionist rejimlə Amerikanın cinayətləri və başqalarının onlara köməkləri ilə düşmənlər elə xəyal etdilər ki, müqavimət məsələsi bitdi, halbuki onlar çox yanılırlar.
Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Sionist rejim xəyal edir ki, özünü Suriya vasitəsilə Livan Hizbullahını blokadaya almağa və onun kökünü kəsməyə hazırlamaqdadır, amma kökü kəsiləcək tərəf, məhz İsrail olacaq.
İranın Fələstin və Livan Hizbullahı mübarizlərinə mümkün olan hər hansı dəstəyi və yardımının davam edəcəyini vurğulayan İnqilab Rəhbəri ümidvarlıq ediblər ki, mübarizlər/ xəbis düşmənin onların ayaqları altında tapdaq olacağı günü görəcəklər.
Story Code: 1179032